Hövzə Xəbər Agentliyinin məlumatına görə, İmam Cəfər Sadiq (ə) adına Kəlam Tədqiqat Mərkəzinin açılış mərasimi və fəaliyyətə rəsmi başlanması bu gün günorta saatlarında Qum şəhərində, İmam Cəfər Sadiq (ə) İnstitutunun iclas zalında keçirilib. Tədbirdə təqlid mərcələrindən olan Həzrət Ayətullah üzma Cəfər Sübhani insanın ikili mahiyyətinə toxunaraq, İslamın intellektual və əxlaqi kamilliklə bağlı baxışlarını şərh edib.
İslam baxımından insanda düşüncə və instinkt amillərinin ikiölçülü mahiyyəti
O, çıxışı zamanı bildirib: Uca Allah Qurani-Kərimdə buyurur:
وَ فِی الْأَرْضِ آیَاتٌ لِّلْمُوقِنِینَ، وَ فِی أَنفُسِکُمْ أَفَلَا تُبْصِرُونَ»
«Yer üzündə yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır. Sizin özünüzdə də (buna dair dəlillər vardır)! Hələ də görmürsünüzmü?»
İnsan iki əsas cəhətdən ibarətdir: Düşüncə (təfəkkür) tərəfi və instinktiv (fitri) tərəfi. Filosoflar insanın düşüncə tərəfinə hörmət edərək onu “ağıllı varlıq” adlandırır, əxlaq alimləri isə onun mənəvi-əxlaqi ölçüsünə diqqət yetirirlər. İslam isə hər iki tərəfi birlikdə nəzərə alır həm intellektual, həm də əxlaq ölçüsünü.
Həzrət Ayətullah üzma Sübhani söhbətinin davamında Qurani-Kərim ayələrinə istinad edərək vurğulayıb:
Allah-Təala buyurur:
«إِنَّ فِی خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّیْلِ وَالنَّهَارِ لَآیَاتٍ لِأُولِی الْأَلْبَابِ»
«Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.»
eləcə də başqa bir ayədə buyurur:
«وَ نَفْسٍ وَمَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا».
«And olsun nəfsə və onu düzgün şəkildə yaradana, sonra ona həm azğınlığı, həm də təqvasını ilham edənə».
Buna əsasən, İslam hərtərəfli bir məktəbdir. O, həm insanın intellektual tərəfini inkişaf etdirir, həm də instinkt və meyilləri düzgün istiqamətdə yönləndirir.
Təsirli elmi araşdırmalar hövzə tədqiqatlarının əsas meyarı
Ayətullah üzma Cəfər Sübhani yeni yaradılmış İmam Cəfər Sadiq (ə) adına Kəlam Tədqiqat Mərkəzinin missiyasına toxunaraq qeyd edib: Bu toplantı mahiyyət etibarilə insanın birinci cəhəti, yəni düşüncə və tədqiqat sahəsi ilə bağlıdır. Araşdırma aparılarkən mövzular elə seçilməlidir ki, cəmiyyət üçün real təsir və fayda yaratsın.
O əlavə edib: Əgər bəzi mövzular cəmiyyətin intellektual inkişafına töhfə vermirsə və ya hazırkı mərhələdə zəruri deyilsə, onlar ikinci dərəcəli prioritet kimi qiymətləndirilməlidir. Tədqiqatlar həm mənəvi, həm də maddi baxımdan səmərəli olmalıdır.
Dini tədqiqatlarda maddi və mənəvi elmlərə paralel yanaşmanın zəruriliyi
Ayətullah üzma Cəfər Sübhani çıxışının davamında İslamda elmi tədqiqatların genişliyinə işarə edərək bildirdi: Hər bir mütəfəkkir və tədqiqatçı həm təbii məsələlər üzərində düşünməli, təbiət elmlərini inkişaf etdirməli, həm də mənəvi və intellektual mövzuları elmi əsaslarla araşdırmalıdır. Buna görə də düşüncə və tədqiqatın mərkəzində hər iki sahə, həm təbiət elmləri, həm də mənəvi-intellektual mövzular dayanmalıdır.
Həqiqi inkişaf Quran əsaslarına söykənən elmi müstəqillik və qərbpərəstlikdən uzaq durmaqla mümkündür
Ayətullah üzma Cəfər Sübhani müsəlmanların ilkin əsrlərdə Quranda yer alan təbii elmi anlayışlara yetərincə diqqət ayırmamasına toxunaraq qeyd etdi: Hər bir cəmiyyətin real tərəqqisi təbiətə yönəlmək və ondan düzgün şəkildə faydalanmaqla mümkündür.
Həzrət Ayətullah üzma Sübhani Qurani-Kərimin təbii hadisələrə dair çoxsaylı işarələrlə zəngin olduğunu vurğulayaraq bildirib: Təəssüf ki, müsəlmanlar ilk əsrlərdə Quran ayələrinin elmi və təbii tərəflərinə lazım olan diqqəti yetirməyiblər. Halbuki Quran geniş şəkildə təbiət hadisələrinə toxunur. Bir cəmiyyətin inkişafı təbiətə doğru yönəlməsini və onu həyatın yaxşılaşdırılması üçün elmi şəkildə dəyərləndirməsini tələb edir.
Qərbə kor-koranə təqliddən xəbərdarlıq və intellektual özünəinamın vurğulanması
Ayətullah üzma Cəfər Sübhani inkişafın əsas şərtinin müdrik və prinsipial yanaşma olduğunu bildirərək xəbərdarlıq edib: Biz elm sahəsinə düzgün yolla daxil olmalı və Qərbə heyran olmamalıyıq. Bizim özümüzə məxsus düzgün intellektual əsaslarımız mövcuddur. Buna görə də intellektual və elmi müstəqilliyə sahib olmalı, qərbpərəstliyin cəmiyyətə təsir etməsinə yol verməməliyik.
İslam intellektual irsinin yenidən nəzərdən keçirilməsi və təqlidə kritik baxış
Həzrət Ayətullah üzma Sübhani Qərb fəlsəfəsinin tarixindən nümunələr gətirərək bildirib: məsələn, Qərblilər Dekartı yüksək qiymətləndirir, lakin onun başlanğıcı tam şübhə üzərində qurulub. Halbuki bu anlayış İslam fəlsəfəsində daha öncə və daha dərin şəkildə işlənib. Biz İslam fəlsəfəsi və təfəkkürü yolu ilə elm və tədqiqat sahəsinə daxil olmalıyıq.
O əlavə edib: İslam sivilizasiyasının elmi və fəlsəfi irsinin kritik şəkildə yenidən nəzərdən keçirilməsi və eyni zamanda təbii elmlərə Qurani əsaslarla yanaşma, hərtərəfli tərəqqi üçün əsas strategiyadır.
Həyat və ağıl sərmayəsi elm üçün istifadə olunacaq “bağ”
Həzrət Ayətullah üzma Sübhani vurğulayıb: İnsan “həyat” və “əğıl” adlı qiymətli sərmayəyə malikdir. Məhz bir ağacdan meyvə götürüldüyü kimi, bu böyük sərmayədən də elmi və praktik fayda götürülməlidir.
O əlavə edib: Müasir cəmiyyətlər həm təbii elmlər, həm də əqli elmlər sahəsində bu sərmayədən yetərincə istifadə edə bilməyib və nəticədə Allahın verdiyi bu potensialdan gözlənilən faydanı əldə edə bilməyiblər.
Qurani-Kərim düzgün təfəkkür tərzinə aparan hidayət kitabı
Qum hövzəsində fıqh və üsul üzrə professor olaraq həzrət Ayətullah üzma Sübhani Qurani-Kərimi təsirli düşüncəyə aparan hidayət kitabı hesab edib və bu ayəyə istinad edərək vurğulayib:
«وَالنَّهَارِ وَالْفُلْکِ الَّتِی تَجْرِی فِی الْبَحْرِ بِمَا یَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْیَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِیهَا مِن کُلِّ دَابَّةٍ وَتَصْرِیفِ الرِّیَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَیْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآیَاتٍ لِّقَوْمٍ یَعْقِلُونَ»
«Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.».
O bildirib ki, Quran yalnız təbiət hadisələrini qeyd etməklə kifayətlənmir. Həm də bu hadisələr barədə düşünmə “metodunu” və bu düşüncənin nəticəsi olan tövhid və Allah tanımağı göstərir. Həqiqi möminlər bu düşüncə yolunu və nəticəsini tam şəkildə izləyənlərdir.
İslam ümmətinin aktual məsələlərinin prioritetləşdirilməsi
Həzrət Ayətullah üzma Cəfər Sübhani alimlərə və tədqiqatçılara müraciət edərək bildirib: Hörmətli iştirakçılardan xahiş edirəm ki, araşdırma mövzularını bugün və yaxud yaxın gələcəkdə cəmiyyət üçün “problematik” olan məsələlərdən seçsinlər. Prioriteti olmayan mövzular başqa vaxta saxlanıla bilər.
Müasir təhdidlər: Vəhhabilikdən virtual məkanın psixoloji müharibəsinə
Həzrət Ayətullah üzma Cəfər Sübhani mövcud təhdidlərə nümunə göstərərək əlavə edib: Biz bu gün həm vəhhabi kimi radikal cərəyanların yaratdığı təzyiqlərlə üzləşirik ki, onlar İslamın əsas biliklərini qəbul etmir və təhrif olunmuş izahlar təqdim edir, həm də internet məkanında yayılan genişmiqyaslı problemlər və şübhələrlə qarşı-qarşıyayıq. Bunlar dərhal araşdırılması zəruri olan mövzulardır və dərin tədqiqat tələb edir.
O, sonda ümidini ifadə edərək qeyd edib: Bu məqsədyönlü hövzə tədqiqatlarının nəticələri elə həyata keçirilməli və çatdırılmalıdır ki, İslam cəmiyyəti onlardan real və gözlə görünən fayda götürsün.
Xəbərin sonu
Rəyiniz