şənbə 20 dekabr 2025 - 16:37
Ailə yalnız ilahi qanunların sayəsində möhkəm qala bilər

Hövzə / Hövzə tədqiqatçısı bildirib: Ailənin möhkəmliyi yalnız maddi təminat və psixoloji rahatlıqla məhdudlaşmır. Əsas şərt ilahi qanunların ailədə tətbiq olmasıdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Lutun (ə) həyat yoldaşının mənəviyyatının zəif olması Quranda rolu” mövzusunda, “tənqidi diskurs analizi” metodu ilə aparılmış elmi tədqiqatın müzakirəsinə həsr olunmuş elmi iclas qadınlara məxsus Camiətüz-Zəhra (s) universitetində keçirilib.

Bu məqalənin tədqiqatçılarından olan doktor Səmanə Sadat Sədidpur qeyd edib ki, bu yanaşmada Lut peyğəmbərin (ə) həyat yoldaşı təkcə itaətsiz bir qadın kimi deyil, ilahi qanunlara sədaqətsizlin simvolu kimi təqdim olunur. O, bir peyğəmbərin evində yaşamasına baxmayaraq, düşüncə və təfəkkür baxımından fəsadın adi və institusionallaşmış olduğu bir cəmiyyətə mənsub idi. Qurani-Kərimin Hz. Lutun (ə) həyatı ilə bağlı ayələrindəki mühüm nöqtələrin təhlili və mötəbər təfsirlərin araşdırılması göstərir ki, ilahi əzab onu da əhatə etmişdir. Çünki o, fəsadın yenidən yaranmasında iştirak edirdi.

O, davamında bildirib ki, Qurani-Kərim bu rəvayət vasitəsilə xəbərdarlıq edir: Ailə böhranı yalnız iqtisadi və psixoloji amillərlə həll edilə bilməz. Ailə böhranının görünməmiş kimlik, media və əxlaqi çağırışlarla üzləşdiyi müasir dünyada, dinlərin əsaslı rəvayətlərinin yenidən oxunuşu böhranın dərinliyini anlamaq üçün yol göstərici ola bilər. Bu tədqiqat, Lut qövmünün hekayəsinə dair stereotip yanaşmaları aşaraq, “tənqidi diskurs analizi” metodundan istifadə etməklə Hz. Lutun (ə) həyat yoldaşını araşdırmanın mərkəzinə çəkir.

Elmi iclasın davamında məqalənin digər tədqiqatçısı Müjgan Cilvə vurğulayıb: Adətən Lut qövmünün cinsi azğınlığı üzərində qurulan yanaşmadan fərqli olaraq, bu araşdırma Quranda “zövcə” əvəzinə “imraətuh” sözünün işlədilməsi və “kənət minəl-ğabirin” ifadəsinin seçilməsi göstərir ki, Hz. Lutun (ə) həyat yoldaşı peyğəmbərin təqdim etdiyi mənəvi və əxlaqi dəyərlərdən uzaqlaşmışdı. O, peyğəmbərin evində yaşayırdı, amma inanc və danışıq baxımından cəmiyyətin fəsadlı və hakim dəyərləri ilə ayaqlaşırdı. Bu isə mənəvi sədaqətsizlik sayılır.

O, sosioloji təhlilə toxunaraq bildirib ki, Giddensin “strukturlaşma” nəzəriyyəsinə əsaslanan bu tədqiqatda Lutun (ə) həyat yoldaşı passiv bir qurban deyil, fəsad amilinin yenidən formalaşmasında fəal rol oynayan bir aktor kimi təqdim olunur. Susmaq, Sodom qövmü ilə həmrəylik göstərmək və peyğəmbərin qonaqlarının sirrini ifşa etmək həmin strukturu gücləndirən davranışlar idi. Eyni zamanda, Mertonun “ictimai təzyiq” nəzəriyyəsi həmin cəmiyyətdə mədəni məqsəd (ləzzət) ilə legitim vasitə (evlilik) arasındakı ziddiyyəti ortaya qoyur. Bu ziddiyyət isə cəmiyyət tərəfindən normallaşmış azğınlığa yol açmışdı.

Xanım Cilvə əlavə edib ki, bu gün ailə böhranı hər şeydən əvvəl bir “dəyərlərin itirilməsidir”. Media və ictimai diskurslar ailənin əsas dəyərlərini lağa qoyduqda və ya kənara itələdikdə, Sodom qövmünün modeli təkrarlanır: Əvvəl fəsad normallaşdırılır, sonra normaya çevrilir və nəhayət, diskursiv hegemonluq qazanır. Üzvləri bu diskurs mühitində parçalanmış olan ailə daxildən çökmə vəziyyətinə düşür.

Sonda tədqiqatçı qeyd edib ki, bu araşdırma sahəsində belə bir nəticəyə gəlir: Ailənin möhkəmliyi yalnız maddi təminat və psixoloji rahatlıqdan asılı deyil. Əsas şərt ilahi dəyərlər sisteminə ortaq sədaqətdir. Qan qohumluğu və ya sosial mövqe bu mənəvi sədaqət olmadan davamlılıq üçün kifayət deyil. Lut peyğəmbərin (ə) həyat yoldaşının hekayəsi bütün ailə üzvləri üçün bir xəbərdarlıqdır ki, sərhədlərini təkcə davranışda deyil, inanc və söz səviyyəsində də qorusunlar.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha